DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparan və qrupdan çıxa bilməyən Çexiya yığması Qətərin paytaxtı Dohada yoldaşlıq matçında qüvvəsini sınayıb.
Sportnet.az-ın məlumatına görə komanda mundiala vəsiqə qazanmış İslandiya ilə qarşılaşıb. Matç çexlərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İslandiya - Çexiya 1:2
Qollar: Kyartan Finboqasson, 77 - Tomas Suçek, 19 Yan Sikora 65









































































