Futbolun ən böyük ulduzlarından hesab olunan Neymarın illik gəliri çoxlarını maraqlandırır.
Sportnet.az-ın "Football Leaks"a istinadən verdiyi məlumata görə, klub səviyyəsində 250-dən çox qol vuran, milli komandada isə 50 qola imza atan hücumçu hazırkı dövrün ən çox qazanan futbolçularındandır. Mövsümün əvvəlində "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olan 25 yaşlı hücumçu Karlos Tevezdən sonra ən çox qazanan ikinci futbolçudur.
Neymar yeni komandasında imzaladığı müqaviləyə görə ildə 36.8 milyon avro qazanır. Bu həftədə 700 min avro deməkdir. Braziliyalıdan daha çox qazanan Karlos Tevez isə illik 38.4 milyon avro gəlir əldə edir.