1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Roma" "Qarabağ"a qarşı azarkeşsiz oynamaqdan qurtuldu
UEFA İntizam Komitəsi Çempionlar Liqasının III turu çərçivəsində Londonda İngiltərənin "Çelsi” və İtaliyanın "Roma” komandaları arasında keçirilmiş matçdakı irqçilik iddiaları ilə bağlı məsələyə baxıb.
Sportnet.az "Roma"nın mətbuat xidmətinə istinadən xəbər verir ki, meydan sahiblərinin qaradərili futbolçusu Antonio Rüdiger 3:3 hesabı ilə başa çatan oyunun 77-ci dəqiqəsində Davide Zappakostanın əvəzinə meydana çıxarkən "Roma” azarkeşlərinin irqçi davranışlara yol vermələri təsdiqni tapmayıb. Bu səbəbdən, UEFA İtaliya klubunu cəzalandırmayıb.
Qeyd edək ki, Almaniya yığmasının əslən syerre-leonedən olan müdafiəçisi bu ilin yayında 35 milyon avro qarşılığında məhz "Roma”dan "Çelsi”yə transfer olunub. İtaliyalı fanatların irqçi davranışlara yol vermələri ilə bağlı iddia doğru çıxsaydı, UEFA paytaxt klubunu Çempionlar Liqasında növbəti ev oyununu azarkeşsiz keçirmə cəzasına da məruz qoya bilərdi. Bu isə "Roma”nın dekabrın 5-də VI tur çərçivəsində "Qarabağ”la görüşdə tərəfdarlarının dəstəyindən məhrum olacağı anlamına gəlirdi.