1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ramiz Məmmədov: "Onu komandada saxlamaram"
Topaz Premyer Liqasının 12-ci turunda evdə "Zirə”yə evdə 0:1 hesabı ilə məğlub olan "Keşlə”nin baş məşqşisi Ramiz Məmmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az xəbər verir ki, Məmmədov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- Uşaqların oyunundan razı qaldım. Nizami Hacıyevin zədəsi olduğundan, ehtiyatda saxlamışdım. 90 dəqiqə oynamağa tam hazır deyil. İlk hissədə buraxdığımız qol planlarımızı pozdu. Ancaq uşaqlar qarşımıza qoyduğumuz tapşırığı 90 faiz yerinə yetirdi. Həmişə uşaqlara deyirəm ki, ilk qolu biz vurmalıyıq ki, oyun planımız pozulmasın.
- Komandanız daha çox hücuma diqqət ayırır. Ancaq heyətinizdə ağır futbolçular var ki, onlar buna uyğun deyil...
- Bununla tam razıyam. Artıq çəkini aradan qaldırmaq üçün müəyyən vaxt lazımdır. Başqa idman növlərində 3 kq çəki atmaq üçün uzun müddət çalışmalı olurlar. Komandada artıq çəkisi olan futbolçuların olduğunu bilirsiniz. Onların bu çəkini atması üçün vaxt lazımdır.
- Nizami Hacıyev artıq "Neftçi” ilə müqavilə bağladığını dedi...
- Biz peşəkar komandanın üzvüyük. "Keşlə" həvəskar komanda deyil. Müqavilə bağlayıbsa, ona uğurlar arzu edirəm. Çalşacağıq ki, qışda onun möqeyinə yeni oyunçu tapaq.
- Deməli, qarşıdakı oyunlarda çıxış etməyəcək?
- Xeyr, oynayacaq. Nizami müqaviləsinin son gününə kimi bizdə qalacaq. Hazır olsa, oyuna da çıxacaq.
- Artıq çəkinin atılması komandada fiziki yüklənmə yaratmayacaq?
- Belə olacağını düşünmürəm. Hər məşqimiz 90-120 dəqiqə çəkir. Bu məşq zamanı artıq çəkinin atılmasına çalışacağıq. Əlavə yüklənmə olmayacaq.
- Bu, sizin komanda deyil. Artıq üçüncü dövrənin komandasını qurmusunuz?
- Qarşıma qoyulan əsas məqsəd bu heyətlə üçüncü dövrəyə kimi çıxış etməkdi. Ən azı 75 gün vaxtımız var. Lazım olan oyunçuları əvəzləyə bilərik. Kimin müqaviləsi varsa, son günə kimi onların xidmətindən istifadə edəcəyik. Akademiyanın da oyunçularından yararlanacağıq. Bahalı oyunçular almaq fikrimiz yoxdur.
- "İnter”in oyun üslubu var idi - beşli müdafiə. Həmin sistemi dəyişmisiniz. Bu, komandaya nə dərəcədə təsir edəcək?
- Biz bu sistemi birdən-birə pozmadıq. Çünki birdən bunu etmək çox çətinlik yaradardı. Fasilə müddətində vaxtımız var idi. Bu gün bu sistem komandanın qələbəsi üşün planlaşdırılmışdı. İlk hissədə "Zirə”nin üstünlüyünü inkar edə bilmərəm. Lakin ikinci hissədə üstünlüyümüz göz önündə idi. Bir hücumçunu 3 müdafiəçinin saxlaması məşqçinin qorxaqlığıdır. Ancaq indiki sistemdə 2 müdafiəçi 1 hücumçunu saxlayır. Azərbaycan klublarının 1 hücumçudan daha çox istifadə etdiyini nəzər alsaq, 5 müdafiəçili sistemə ehtiyac görmürəm. 2 müdafiəçi 1 hücumçunu saxlaya bilməyəcəksə, mən ümumiyyətlə, həmin müdafiəçini komandada saxlamaram.