
İspaniyanın "Real Madrid" klubu Çempionlar Liqasında 1000-ci qolunu vurub. Sportnet.az-ın məlumatına görə, həmin qolun müəllifi Kərim Benzema olub.
Benzema "kral klubu"nun İsveçrə "Bazel"i ilə matçda 5-ci qoluna imza atıb. Görüş darmadağınla yekunlaşıb - 5:1.
Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasında ilk qolu Rusiya "Zenit"inin hücumçusu Halk Portuqaliyada "Benfika" ilə matçın 5-ci dəqiqəsində vurub.