1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Prandellidən kapitana dəstək gəldi
Dünən "Türk Telekom Arena"da Belçika "Anderlext"i ilə oyunda məğlubiyyətdən son saniyələrdə xilas olan "Qalatasaray" azarkeşlərin əsəblərini tarıma çəkdi.
Sportnet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, fanatlar əsas etirazlarını yerli oyunçulara ediblər. Xüsusən kapitan Səlçuq İnan və sağ cinah müdafiəçisi Veysəl Sarının çıxışından narazı qalan seyrçilər 72-ci dəqiqədə əvəzlənən Səlcuqu uğultu sədaları ilə yola saldılar. Lakin buna baxmayaraq, "Cim-Bom"un baş məşqçisi Çezare Prandelli futbolçularının oyunundan narazı deyil.
Matçdan sonra açıqlama verən italyan mütəxəssis azarkeşlərin bu münasibətinə üzüldüyünü bildirb: "Oyunumuz istədiyimiz kimi alınmadı. Qol vurmaq üçün imkanlarımız olsa da, yararlana bilmədik. bu, futboldu, olur belə şeylər. Amma futbolçularımın oyununa gəldikdə, narazı qaldığımı deməzdim. Digərləri kimi, Səlcuq da, Veysəl də çox çalışdılar, bacardıqlarını etdilər".