1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nurlan Novruzov: "Mənə dəstək olsaydılar, bəlkə də indi Azərbaycanda deyildim" - MÜSAHİBƏ
"Səbail"in futbolçusu Nurlan Novruzovun Sportnet.az-a müsahibəsi...
- Komandada ab-hava necədir? Hazırlıqlar necə keçir?
- Komandada hər şey yaxşıdır. Hazırlıqlarımız da normal keçir. Məşqlərimiz ümumiyyətlə elə də ağır olmur. Bizim komandada məşqlər maraqlı və şən keçir.
- "Kəpəz”lə matçda iştirak ərizəsində yer almadın. Bu, nə ilə bağlı idi? Zədəli olduğuna görə, yoxsa...?
- Xeyr, zədəli deyildim. Bu, sadəcə, baş məşqçinin seçimi idi.
- Gənc futbolçusan. Gələcəkdə hansısa klubda çıxış etmək istəyirsənmi?
- Hazırda "Səbail” klubunun futbolçusuyam. Düşünürəm ki, başqa klublar haqqında danışmağım düzgün deyil. Komandanın qarşıdakı oyunlarını fikirləşirəm.
- Növbəti tur "Sumqayıt”la oyununuz var. Səncə, həmin matçda baş məşqçi sənə şans verəcəkmi?
- "Sumqayıt”la oyun çox ağır olacaq. Bu matça çox ciddi hazırlaşırıq. Mənim oyunda iştirak etməyim baş məşqçinin verəcəyi qərardır. Məşqlərdə yaxşı təsir bağışlayıb oyunu gözləyəcəyəm. Rəqib bu mövsüm daha yaxşı oyun sərgiləyir. Fikrimcə, gözəl və bol qollu oyun olacaq. Bu oyunda qələbə qazanmaq istəyirik.
- "Bakı”da da çıxış etmisən. Klub indi fəaliyyət göstərmir. Hamıya məlumdur ki, komandanın bəzi futbolçulara borcu var idi. Sənə klubun borcu qalıb?
- "Bakı”nın fəaliyyətini dayandırması heç birimiz üçün ürəkaçan olmadı. Klublarımızın azalması, əlbəttə, biz futbolçuların inkişafına mənfi təsir göstərir. "Bakı” klubunun mənə borcu qalmayıb. Bu gün biz futbolçu kimi yetişmişiksə, bunu "Bakı” futbol klubuna borcluyuq.
- Milli komandanın yeni baş məşqçisi Qurban Qurbanov təyin olundu. Bu barədə nə deyə bilərsən?
- İlk növbədə, Qurban müəllimi təbrik edirəm və uğurlar arzulayıram. Onun milli komandaya gəlməsi hər bir yerli futbolçu üçün böyük şansdır. Kim yaxşı formada olsa, o da millinin formasını geyinəcək.
- 2014-2015 mövsümündə "Bakı”nın heyətində 15 qolla bombardir olmusan. Ancaq həmin vaxtda da milliyə dəvət almadın. İndi isə klubunda belə heyətə düşə bilmirsən...
- Düzdür. "Bakı”nın heyətində bombardir olduğum dövrdə milliyə dəvət almadım. Bu, məni çox üzdü. Bir müddət sonra futboldan soyuyurdum. Hər bir futbolçu kimi mən də millidə oynamaq istəyirəm. Dəstək olmadılar.
Mənə dəstək olsaydılar, bəlkə də indi Azərbaycanda deyildim. Bir daha millidə oynamayacağımı düşündüm və bütün həvəsim öldü. İndi mənə də böyük şans yarandı. İnanıram ki, yaxşı formada olsam, milliyə yolum açılacaq. Məşqlərdən əvvəl və sonra öz üzərimdə işləməyə başlamışam. Milli komandanın formasını geyinməyi çox istəyirəm.