1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" - "Çelsi" matçı üçün təhlükəsizlik zəmanəti
Bakı Olimpiya Stadionunda "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin V tur oyununu stadiondan izləyəcək azarkeşlərin təhlükəsizliyi üçün bütün tədbirlər görülüb. Sportnet.az xəbər verir ki, bunu "Trend”ə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov deyib.
Rəis müavininin sözlərinə görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirlər planı təsdiqləyib: "Cənab nazirin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, əraziyə polis qüvvəsi cəlb ediləcək və azarkeşlərin təhlükəsizliyi təmin ediləcək".
Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" oyunu saat 21:00-da start götürəcək. Qarşılaşma üçün nəzərdə tutulmuş 67 500 bilet artıq satılıb.