"Beşiktaş"ın baş məşqçisi Şenol Güneş bu gün "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin V tur matçını canlı izləyəcək.
Sportnet.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, təcrübəli mütəxəssis Bakı Olimpiya Stadionunda yer alacaq. Türkiyəli mütəxəssis sözügedən matçda "Qarabağ"ı dəstəkləmək üçün Bakıya gəlib.
Qeyd edək ki, dünən BOS-da İstanbul klubuna dəstək üçün "Come to Beşiktaş" yazısı yer alıb və stadion ağ qara rəngə boyanıb.