1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Haqsızlıq, özbaşınalıq...
"Qarabağ" komandası Çempionlar Liqasında yenə hakim haqsızlığı ilə üzləşdi. Bu dəfə "Çelsi" ilə ev oyununda. Portuqaliyalı referi Manuel De Souza 70 minədək tamaşaçı qarşısında ürəyindən keçəni, kefi istədiyini etdi.
O, "Qarabağ"ın qapısına iki penalti təyin etdi.
O, "Qarabağ"ı artıq 20-ci dəqiqədə azlıqda qoydu.
O, "Qarabağ"ın iki kapitanını cəzalandırdı: Rəşad Sadıqovu qırmızı, ondan sarğını alan Maksim Medvedevi isə sarı vərəqə ilə.
O, insanların soyuq havada gözəl oyun izləmək arzularını puç etdi.
Ən nəhayət, o, "Qarabağ"ı Çempionlar Liqasında və ümumiliklə avrokuboklarda mübarizəni davam etdirməkdən məhrum etdi.
Burada söhbət təkcə qərarın haqlı olub-olmamasından getmir.
Yox, bu, cəsarətli hakimlik də deyil!
Bu, özbaşınalıqdır!
Bu, futbol oyunu qaydalarına tüpürməkdir!
Bu, güclünün tərəfini saxlayıb, zəifi əzməkdir!
Bu, bizə təlqin olunan Avropa insanı, Avropa dəyərləri deyil!
Manuel Jorje Neves Moreyra de Souzanın 42 yaşı var. 2006-cı ildən beynəlxalq dərəcəli hakimdir. Birinci dərəcə alıb.
Bu, onun 68-ci beynəlxalq oyunda 23-cü penaltisi, 14-cü qırmızı vərəqəsi idi. O, 11-ci penalti idi ki, meydan sahiblərinin qapısına təyin edirdi.
O, meydan sahiblərini 7-ci dəfə qırmızı vərəqə ilə cəzalandırırdı.
Daha əvvəl Çempionlar Liqasında ikinci turun "Mançester Siti" - "Şaxtyor" oyununu idarə etmişdi. Həmin vaxt da o, İngiltərə komandasının lehinə penalti qərarı vermişdi.
Təhlilləri çox aparmaq olar. Amma bir həqiqət var ki, meydanda futbol yox, siyasi oyun gedirdi. "Qarabağ"ı dayandırmaq üçün qurulmuş çirkin plan yenə işə düşmüşdü. Ssenari müəllifi bəlli, icraçıları isə fərqli insanlar iş başında idilər.
Kimsə bunun əksini sübut etməyə cəhd belə etməsin. Üç il əvvəl sayılmayan təmiz qol bir kənara, bu mövsüm ardıcıl üç oyun komandanı azlıqda qoymaq qərəz deyilsə, bəs nədir? Daha nə qədər qırmızı vərəqə göstərilməli, penalti təyin edilməlidir ki, "Qarabağ"ın haqqını tələb edən ortaya çıxsın?