
Topaz Premyer Liqasının XIII turu çərçivəsində keçirilən "Neftçi" - "Keşlə" oyununda meydana azarkeş girib.
Sportnet.az xəbər verir ki, matçın 25-ci dəqiqəsində meydan sahiblərinin fanatlarından biri tribunadan aşağı düşərək, meydançanın kənarından dayanıb. Daha sonra o, yan xəttin kənarı ilə qaçaraq tribunaya qayıdıb.
Lakin fanatın bu davranışına polislər və Rauf Cabbarovun rəhbərlik etdiyi hakimlər briqadası əhəmiyyət verməyib.