1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ramiz Məmmədov: "Səbəb açıqlasam, böyük partlayış olacaq"
Topaz Premyer Liqasının XIII turunda səfərdə "Neftçi”yə 1:3 hesabı ilə uduzan "Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az xəbər verir ki, Məmmədov əvvəlcə matçla bağlı fikirlərini bildirib:
- Bu komandada olan uşaqların yarıdan çoxu potensialından aşağı çıxış edir. Mənim sözüm bu qədərdir. Amma suallarınızı cavablandırmağa hazıram.
- Nizami Hacıyevi əvəzləməyiniz nə ilə əlaqədar idi?
- Nizami zədəli idi. Amma bu komandanın təcrübəli futbolçuya həmişə ehtiyacı var. Onsuz da oyun qurucusu yoxdur. Hacıyev bu məsuliyyəti dərk edirdi. Özü də yaxınlaşıb dedi ki, "Keşlə”dən gedəsi olsam belə, nəyisə sübut etmək, bu komandaya kömək etmək istəyirəm. Dedi ki, klub onu müalicə də etdirib, mənim üçün elədiklərinin yarısını da olsa, qaytarmaq istəyirəm. Oyun zamanı gördüm ki, yorğunluğu var, zədə bir qədər əziyyət verir. Bu səbəbdən, əvəzedici heyətdən olan Rafael Məhərrəmlinin onun yerinə meydana buraxdım. Qısa və konkret.
- Futbolçuların potensiallarından aşağı çıxış etməsinin səbəbini nədə görürsünüz?
- Səbəbi başqa yerdə axtarmaq lazımdır. Mən bunu burada açıqlayası olsam, böyük partlayış olacaq. Buna ehtiyac yoxdur.
- Sözlərinizdən belə çıxır ki, komanda bilərəkdən oynamır. Bu, son 15 dəqiqədə özünü daha çox büruzə verdi...
- Bilərəkdən yox, potensiallarından aşağı deyirəm. Bilərəkdən oynamamaq başqa şeydir.
- Amma potensialdan aşağı oynamamaq məqsədli də ola bilər...
- Mətbuat işçiləri sizsiniz, hansı tərəfə yozmaq istəyirsinizsə, yozun. Mən sözümü deyirəm: Bəzi futbolçular var ki, onların adlarını açıqlamaq istəmirəm, ayrı-ayrılıqda gedib hər biri ilə söhbət edəcəyəm. Bundan artığını oynaya bilərlər. Yaradılan qol vəziyyətlərini gördünüz. Buraxılan səhvlər də göz qabağındadır. Bunu burada təhlil etməyimə ehtiyac yoxdur. Şəxsən Ramiz Məmmədov olaraq, bunu klub daxilində təhlil edərəm.
- Adrian Skarlatakeni yarımmüdafiədə oynatmaqda məqsədiniz nə idi?
- İkinci toplarda, mübarizədə uduzduğumuz üçün ona yarımmüdafiədə şans verdim. Həm orta xətdə top saxlamaqla, həm də təcrübəsi ilə göstərdi ki, universal futbolçudur. Orta xətti lazım qaydada bağladı, öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi. Ona oyununa görə təşəkkürümü bildirirəm.
- Bəzi futbolçuların potensiallarından aşağı səviyyədə çıxış etməsi ehtiyat heyətin olmaması ilə bağlıdır?
- Kluba tətbiq olunan transfer qadağasını özünüz bilirsiz. Futbolçuların bəzilərində arxayınlıq da var, bəziləri öz aləmlərində artıq indidən qış tətilinə yollanıblar. Mən bununla izah edərdim. Onsuz da barmaqla sayılası qədər oyunçumuz var. Bu komandanı dağıdıb, yenidən yığmaq lazımdır.
- Demək istəyirsiniz ki, bütün oyunçuları göndərmək lazımdır?
- Bəli. Bu kluba köklü dəyişiklik lazımdır. Komandanın yarası 3-4 futbolçu ilə sağalmaz.
- İndiyədək belə durumla üzləşdiyiniz vaxt olub?
- Xeyr, belə bir halın şahidi olmamışam.