1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Spartak"ın 95 illik tarixinə 7 qolluq ləkə
Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin VI turunda İngiltərədə "Liverpul”a 0:7 hesabı ilə uduzan Rusiyanın "Spartak” (Moskva) komandası şəxsi antirekorduna üzülüb.
Sportnet.az xəbər verir ki, bu, 1922-ci ildə təsis edilən Rusiya təmsilçisinin tarixinə ən böyük hesablı məğlubiyyət kimi düşüb.
Bunadək 1984-cü ildə keçirilən SSRİ çempionatında Rostov OİK-nə 1:6 hesabı ilə uduzan "qırmızı-ağlar” 4 dəfə 0:5 hesablı məğlubiyyətlə üzləşib. "Spartak” 1945 və 1964-cü illərdə "Torpedo”dan, 1946-cı ildə Moskva "Dinamo”sundan, 1949-cu ildə isə "Zenit”dən 5 cavabsız qol buraxıb.
Rusiya çempionatında isə yalnız "Zenit” moskvalıları 2012 və 2017-ci illərdə müvafiq olaraq, 5:0 və 5:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, "Spartak” avrokuboklarda indiyədək ən böyük hesablı məğlubiyyətini də məhz "Liverpul”dan alıb. Moskva klubu ÇL-in 2002/2003 mövsümündə ingilislərə 5 cavabsız qolla uduzub. Çempionlar Liqasında ən böyük hesablı qələbəni də "Liverpul" qazanıb. Mersisaydlılar "Spartak"ı yendikləri oyundan düz 9 il 11 ay əvvəl - 6 noyabr 2007-ci ildə Türkiyə "Beşiktaş"ını məğlubiyyətə uğradıb - 8:0. Lakin "qara qartallar" da bu mövsüm qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb.