
France Football" jurnalı 2017-ci ilin "Qızıl top" mükafatının sahibini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, ən yaxşı futbolçu üçün nəzərdə tutulan mükafatı İspaniyanın "Real Madrid" klubunun hücumçusu Kriştianu Ronaldu qazanıb.
Portuqaliyalı forvard Lionel Messi ("Barselona", Argentina) və Neymarı (PSJ, Braziliya) üstələyib.
Qeyd edək ki, Kriştianu Ronaldu karyerasında 5-ci dəfə "Qızıl top"a yiyələnib. Əvvəllər 2008, 2013, 2014 və 2016-cı illərdə bu mükafata yiyələnmiş 32 yaşlı hücumçu Lionel Messiyə çatıb.