
"Azərbaycan I Divizionda çıxış edən 2 klubun danışılmış oyunlarda iştirakından şübhələnmişik".
Sportnet.az-ın məlumatına görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib. O, artıq adlarını çəkmədiyi komandaların izinə düşdüklərini bildirib: "Şübhələrimiz, çox demirəm, 40 faiz özünü doğrultsa, mövsümün gedişindəcə o iki komandanı çempionatdan kənarlaşdıracağıq. Yəni, bizə "Sübut edin, gətirin, səs yazısı təqdim edin" deməyə ehtiyac yoxdur. Bizim də öz yollarımız var. Bu il 2 komandanın izinə düşmüşük. İstərdim ki, bu, təsdiqini tapmasın. Təsdiqini tapsa, onları uzaqlaşdıracağıq".
Qeyd edək ki, I Divizionunda 10 komanda çıxış edir. Onlardan "Binə", "Xəzər" və "Sabah" debütantdır. Ötən mövsüm Premyer Liqada sonuncu olan AZAL isə adını dəyişərək, "Şüvəlan" olub (CBC Sport).