
Futbol üzrə Azərbaycan milli komandası oktyabrın 3-dən təlim-məşq toplantısına başlayacaq. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, 12 gün davam edəcək hazırlıq prosesi 3 ölkədə təşkil olunacaq.
Əvvəlcə millimiz Almaniyanın Frankfurt şəhərində 6 günlük toplanış keçəcək. Ardından komandamız oktyabrın 8-də İtaliyanın Palermo, oktyabrın 11-də isə Xorvatiyanın Osiyek şəhərlərinə üz tutacaq.
Qeyd edək ki, toplanış çərçivəsində millimiz oktyabrın 10-da İtaliya, oktyabrın 13-də isə Xorvatiya yığmalar ilə AVRO-2016-nın seçmə qrup matçlarında üz-üzə gələcək.