1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yuri Maksimov: "Bugünlərdə istədiyimiz alınmır"
"Biz oyunlara mütləq qalib gəlmək üçün çıxmırıq. Sadəcə, oyunçuları yoxlamaq istəyir, mövsümün ikinci yarısına hazırlaşır, futbolçuların fiziki durumunu sınaqdan çıxarırıq. Çünki böyük yükləmələr keçirirlər. Bakıdakı toplanışda da fiziki yükləmələr çox idi, amma dözməyi bacardılar".
Sportnet.az-ın məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Yuri Maksimov Makedoniyanın "Rabotniçki" komandasını Türkiyənin Antalya bölgəsində 1:0 hesabı ilə yendikləri yoxlama matçından sonra deyib. Ukraynalı mütəxəssis komanda ruhunu bəyəndiyini bildirib: "Futbolçularımın gözləri yanırdı, rəqibin kimliyinin onlar üçün fərqi yox idi. Hamı səhv edə bilər. Əsas odur ki, hamı bir-biri üçün mübarizə aparsın, əl-ələ verib oynasınlar. Meydana təkcə oynamağa yox, qələbə məqsədilə vuruşmağa çıxmaq lazımdır".
Maksimov oyun zamanı baxışda olan braziliyalı hücumçu Lukas Dos Santosu da yoxladıqlarını söyləyib: "Bugünkü oyunda konkret məqsəd qoymamışdıq. Baxışa gələn futbolçunu yoxlamalı idik. Bunun üçün az vaxtımız var. Eyni zamanda yeni futbolçuları sınaqdan çıxarırıq. Mövsümün ikinci yarısının başlamasına az qalıb. Problemli mövqelərə futbolçular tapmaq istəyirik. Bu günlərdə istədiyimiz alınmır. Bunu digər mövqelərdəki futbolçular hesabına kompensasiya etməyə çalışırıq. Bu barədə düşünəcəyik. Baş məşqçi hər zaman sərəncamında yaxşı oyunçuların olmasını, bir-birindən ötrü vuruşan kollektiv qurmaq istəyər. Artıq heyəti formalaşdırmağı yekunlaşdırmalıyıq. Bu problemin həlli üçün gecə-gündüz çalışırıq".
Qeyd edək ki, bu, "Keşlə"nin Antalya toplanışındakı ilk yoxlama oyunu olub.