Fransa Liqasının 23-cü turunda PSJ doğma meydanda "Monpelye" ilə üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatacaq. Görüşdə hesabı Kavani açıb. Uruqvaylı forvard 11-ci dəqiqədə fərqlənib. Komandanın ulduz futbolçusu Neymar 40-cı dəqiqədə fərqi iki topa çıxardıb.
Birinci hissə bu hesabla başa çatıb. Meydan sahibləri ikinci hissədə daha 2 qol vura bilib. Matçın 70 -ci dəqiqəsində Anxel Di Mariya fərqlənib. Qarşılaşmanın 82-ci dəqiqəsində özünün ikinci komandasının 4-cü qolunu vuran Neymar matçda son nöqtəni qoyub.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 59-a yüksəldən PSJ liderliyini daha da möhkəmləndirib.