Ukrayna
millisinin sabiq futbolçusu Andrey Şevçenko yaxın vaxtlarda məşqçiliyə
başlayacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə ötənlərin məşhur
hücumçusu açıqlama verib.
Futbolçu
bildirib ki, yaxın gələcəkdə karyerasını
məşqçi kimi davam etdirəcək: "Məşqçi
olmaq mənim gələcəkdəki əsas planımdır. Hazırda məşqlərim davam edir. Tezliklə
məşqçi kariyerama başlayacağam”
Xatırladaq ki, Şevçenko 2012-ci ilin 27 iyulunda karyerasnı başa vurub. Ukraynalı futbolçu İtaliyanın "Milan", İngiltərənin "Çelsi" , Kiyevin "Dinamo" kimi klublarında çıxış edib.