1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tandia: "O, "Zirə"nin yaxşı komanda olduğunu bildirdi"
"Menecerim mənə Azərbaycandan təklif olduğunu dedi və "Zirə"nin yaxşı komanda olduğunu bildirdi. Mən də buna görə Azərbaycana gəlməyə qərar verdim".
Bunu Sportnet.az-a "Zirə"nin düşərgəsində baxışda olan İbrahima Tandia deyib.
Fransa və Mali vətəndaşı olan bu gün qəsəbə təmsilçisinin heyətində ilk oyununu keçirib. 24 yaşlı futbolçu Rumıniyanın "Voluntari" klubu ilə qarşılaşmada meydanda olub. O, ilk hissədə meydanda olsa da, ikinci hissədə əvəzlənib.
Matçdan sonra Antalyaya ezam olunan əməkdaşımızın suallarını cavablandıran yarımmüdafiəçi klubdakı vəziyyəti barədə danışıb: "Əlbəttə, göstərdiyim oyundan elə də razı qalmadım. Çünki iki aydı futbol oynamıram və ideal formada deyiləm. Bugünkü vəziyyətim yaxşı olmasa da, gücümü artıracağıma əminəm".
Fransanın "Tur" klubundan ayrına hücumameyilli oyunçu Azərbaycan futbolu haqda məlumatının olduğunu bildirib: "Azərbaycan futbolu haqda məlumatım var. "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan klubunuzdu. Bundan başqa məlumatlara da sahibəm".