1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Gücümüzü səfərbər etməyi bacaracağıq" - MÜSAHİBƏ
Futzal üzrə Azərbaycan millisinin təcrübəli oyunçusu Namiq Məmmədkərimov federasiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- İki gündür oyunların keçiriləcəyi Lyublyanadasınız. Komandada ab-hava necədir?
- Hazırlığa yanvarın 10-dan başlamışıq və həmin gündən məşqləri səhər və axşam olmaqla, gündə 2 dəfə edirik. Bəzi günlərdə bir hazırlıqla kifayətlənmişik. Təbii ki, uzunmüddətli hazırlıq müddətində hər kəs çalışdı ki, özünü yaxşı tərəfdən göstərə, baş məşqçinin istədiyini ona qaytara bilsin. Buna nə dərəcədə nail olmuşuq, oyunlar və nəticələr göstərəcək. Hazırda hər şey yaxşıdır və əhval-ruhiyyə yüksəkdir. Məncə, nəticələr də yaxşı olacaq.
- Oyunun keçiriləcəyi Stojiçe Arenada məşq keçdiniz. Bu örtükdə final mərhələsi üçün hazırlanmış toplarla oynamaq çətin deyil?
- Örtük çox yaxşıdır, toplar da rahatdır. Sadəcə, problem topla parketin təması zamanı sürətlə hərəkət etməsidir. Bu, bizim üçün bir qədər yenilikdir.
- Bu məqam oyun zamanı problem yarada bilər?
- Oyuna qədər uyğunlaşacağıq. Bura tez gəlməyimizin üstünlüyündən istifadə etməliyik. Yəni, məşqlərdə buna tez uyğunlaşmalıyıq ki, oyunlarda çətinlik çəkməyək.
- Bəs qrupdakı rəqiblərimizlə bağlı nə düşünürsən?
- Aydın məsələdir ki, bu mərhələdə zəif komanda olmur. İspaniya bu oyunun kralıdır. Fransa ilə şansımız isə 50-nin 50-yədir. Oyunlarını izləmişik. Debütant olsalar da, indi yaxşı formadadırlar.
- Təhlükəli tərəfləri nələrdir?
- Fərdi oyuna üstünlük verirlər. İmkan tapdıqca, rəqibi təkbətək keçməyə çalışırlar. Fiziki və atletik baxımdan seçilirlər. Biz zonalı, onlar isə fərdi oyuna üstünlük verir.
- Taktiki cəhətdən necə, rəngarənglik varmı?
- Öz oyun üslubları var və çalışırlar sona qədər buna riayət etsinlər. Aut xətti yaxınlığında keçidlər etməyi sevirlər.
- Fransanı indiyə qədər oynadığımız komandalardan hansına bənzətmək olar?
- İranla demək olar, yaxın gəlir. Ancaq İran kimi güclü deyiillər. İran millisi dünya reytinqində 4-5-ci yerlərdə qərarlaşıb. Bu komanda ilə yoldaşlıq oyunu keçirməkdə məqsədimiz fransızlara qarşı oynayacağımız taktikanı müəyyənləşdirmək idi. Yoldaşlıq oyunlarındakı səhvlərin üzərində işləmişik.
- Təqvimin bu cür sıralanması komandamızın xeyrinə ola bilərmi?
- Bizim üçün yaxşı təvimdir. Çünki əvvəlcə rəqiblərimiz qarşılaşacaqlar. Daha sonra biz çempionatın favoriti ilə deyil, digər komanda ilə üz-üzə gələcəyik. Birinci oyunumuz olduğuna görə, gücümüzü səfərbər etməyi bacaracağıq. Onsuz da qrupdakı rəqiblərin hamısı ilə qarşılaşacağıq. Sadəcə, start hər zaman fərqli olur.
- Bu matçı ¼ finala gedən yolda açar hesab etmək olarmı?
- Nətiicədən çox şey asılı olacaq. Tək bu oyunun yox, İspaniya – Fransa qarşılaşmasının da nəticəsi vacibdir. Qələbə qazansaq, minimum tapşırığın öhdəsindən gəlmək mümkün olacaq.
- Baş məşqçi əsasən hazırlıq prosesində nələri tələb edir?
- Taktiki tapşırıqlar verir ki, onu yerinə yetirmək lazımdır. Hansı taktiki tapşırıqlardır, bunu açıqlamayacağam. Oyunda görəcəksiniz. Əsas məsələ həmin taktikanı mənimsəməkdir. "Araz”ın oyunçuları onun rəhbərliyi altında çox çıxış etdiklərindən, bunu daha yaxşı qavrayırlar. Biz də çalışırıq ki, ansambıldan geri qalmayaq.