"Toplanış yaxşı keçir. Komanda hazırlaşır. Hamı yaxşı əhval-ruhiyyədədir. Gərgin işlə çempionatın ikinci yarısına hazırlaşırıq. Özüm haqda deyim ki, yavaş-yavaş optimal formamı əldə edirəm. Ümid edirəm ki, rəsmi oyunlara qədər tam şəkildə hazır olacam".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Vitali Vernidub Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı barədə fikirlərini klub televiyası ilə bölüşərkən deyib.
Ukraynalı müdafiəçi keçirdikləri yoxlama görüşlərinin yaxşı alındığını bildirib: "İki oyunumuz da hələ qalıb. Məncə, həmin oyunlarda da çatışmazlıqları aradan qaldırıb əvvəlki səviyyəyə gəlib çata bilərik. Toplanış ötən il keçdiyimizdən fərlqənmir. Normalda olduğu kimi yenə də yolunda gedir. Üç ildir buradayam. Görürəm ki, hər şey planlaşdırıldığı kimi gedir və o tempdə də davam edir".