1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Georgi Çixradze: "Futbolçularımı oyuna yenidən köklədim"
"Biz birinci hissədə oynaya bilmədik. İlk 45 dəqiqə ağır keçdi. Ardıcıl oyunlarda qeydə alınan məğlubiyyətlər futbolçularımıza pis təsir etmişdi". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Simurq"un baş məşqçisi Georgi Çixradze "Sumqayıt"a 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
Gürcüstanlı mütəxəsis qələbənin uğursuzluqları son qoyduğunu düşündüyünü bildirib: "Fasilədə oyunçularımla söhbət etdim, dəyişikliklərə getdik. Mən oyunçuları fasilədə yenidən oyuna köklədim. Futbolçular bu qarşılaşmada xarakter göstərdilər. Biz qara zolaqda idik. Amma "Sumqayıt” üzərində qazanılan qələbə ilə bu uğursuzluğa son qoyduğumuzu düşünürəm”.