"İki fərqli hissə izlədik. Komandam ilk hissədə daha yaxşı oynadı". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov "Simurq"a 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.
Təcrübəli mütəxəsis komandasının ikinci hissədə kobud səhvlərə yol verdiyini bildirib: "Üstünlük bizdə idi. Amma ikinci hissədə səhvlər etdik. Əvəzetmədən meydançaya çıxan oyunçular heç nə ilə yadda qalmadılar. Həmin futbolçularla ciddi söhbət edəcəyəm. Bizim gənclərimizin düşüncəsi fərqlidir. Onlar bu günlə yaşayırlar, gələcəyi düşünmürlər. Belə olmaz. Futbol belə oynanılmır".