
İspaniyanın "Barselona” klubunun yarımmüdafiəçi Xavi bu gecə Fransa PSJ-si ilə oyunda iştirak edəcəyi təqdirdə, Çempionlar Liqasında ən çox oyun keçirmiş futbolçu kimi rekorda imza atacaq. Sportnet.az-ın məlumatına görə, 34 yaşlı ispaniyalı futbolçu bu siyahıda lider olan ”Real Madrid”in və Almaniya "Şalke”sinin sabiq hücumçusu Raulla eyni sayda matça çıxıb.
Hər iki futbolçu qitənin ən nüfuzlu klub turnirində 142 qarşılaşmada iştirak ediblər. Digər pillələrdə isə "Real Madrid”in qapıçısı İker Kasilyas və İngiltərə "Mançester Yunayted”inin əfsanəvi yarımmüdafiəçisi Rayan Giqqz var. Onlar Çempionlar Liqasının 141 matçında forma geyiniblər.