Premyer Liqanın VII turunda "Araz
Naxçıvan”a qarşı oyunda debut edən "Bakı”nın futbolçusu Mahir Mədətov debut edib. Sportnet.az-ın məlumatına görə, gənc
futbolçu ilk oyunu ilə bağlı təsuratını klubun rəsmi saytına danışıb.
17 yaşlı yarımmüdafiəçi həftə ərzində
oyuna ciddi hazırlaşdıqlarını bildirib: "Hamımız üçün çətin oyun oldu. Həftə ərzində
bu oyuna ciddi hazırlaşmışdıq. Oyuna bir neçə gün qalmış ürəyimə dammışdı ki bu
matçda meydana çıxacam. Hətta oyunda vəziyyət yaxşı olmayanda meydana daxil
olacağımı hiss etmişdim. Elə də oldu. Bir qol buraxmışdıq. Belə vəziyyətdə məşqçi
mənə şans verdi. Demirəm ki matçı dəyişə biləcək fövqəladə bir oyun göstərdim,
ümumilikdə ilk oyunumun uğurlu alındığı qənaətindəyəm. Futbolu öyrəndiyim klubun
əsas komandasında oyuna çıxdığım üçün sevincliyəm.