"Komandama və rəqibə yaxşı oyuna görə təşəkkür edirəm”. Sportnet.az-ın AFFA-nın
saytına istinadən məlumatına görə, bu sözləri ABŞ milli komandasının baş
məşqçisi Yurgen Klinsman Azərbaycan yığması ilə keçirilən yoxlama oyunundan
sonra deyib.
Almaniyalı
mütəxəssis nəticədən razı qaldığını bildirib: "Dünya çempionatına hazırlıq
çərçivəsində bu, bizim ilk oyunumuz idi və nəticədən razıyam. Azərbaycan
millisi müdafiəyə meyilli oynadığından, işimiz o qədər də asan olmadı. Əvəzetmələr
oyunumuza müsbət təsir göstərdi. Bu qarşılaşma komandamızın kifayət qədər
səbirli olduğunu və çətinliklər zamanı təşvişə düşmədiyini göstərdi”.
Klinsman millimizə təşəkkür də edib: "Azərbaycan milli komandasına belə böyük
məsafə qət edərək buraya gəldiyi üçün təşəkkür edirəm. Onlar da, biz də
bu oyunun baş tutması üçün əlimizdən gələni etdik”.