1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
"Atletiko"nun futbolçusundan "Qarabağ" etirafı
İspaniyanın "Atletiko" klubunun futbolçusu Filipe Luis Çempionlar Liqasının qrupundan 1/8 final mərhələsinə "Qarabağ"a görə vəsiqə qazana bilmədiklərini etiraf edib.
Sportnet.az-ın məlumatına görə, bu barədə braziliyalı müdafiəçi "Marca"ya müsahibəsində bildirib. 33 yaşlı oyunçu deyib: "Biz "Qarabağ"la 2 oyunumuzun nəticəsində Çempionlar Liqasının qrupunda qalası olduq. Azərbaycan komandası ilə hər iki görüşdə qalib gəlməyin yolunu tapa bilmədik. Lakin İtaliyanın "Roma" və İngiltərənin "Çelsi" komandalarına qarşı əla oynadıq".
Filipe Luis Çempionlar Liqasında mübarizəni dayandırmalarından dərs çıxardıqlarını söyləyib: "Komandamız 1/8 finala vəsiqə qazanmağa layiq olduğunu anlayırdı. Lakin Çempionlar Liqası səddini keçə bilməməyimizi də normal qəbul etmişik. İndi Avropa Liqasında mübarizəni davam etdiririk. Bunu özümüzə bir çağırış hesab edirik. Çempionlar Liqası həyəcanı geridə qaldı. Bu, hamı üçün ağırdır, amma faciəni üzərimizdən atmaq üçün özümüzdə güc tapa bilmişik".
Qeyd edək ki, "Atletiko" "Qarabağ"la Bakıdakı görüşdə 0:0, Madriddə isə 1:1 hesablı heç-heçə edib. C qrupunu 7 xalla başa vuran İspaniya komandası 3-cü yeri tutduğu üçün mübarizəni Avropa Liqasında davam etdirir. Dieqo Simeonenin baş məşqçi olduğu kollektiv Avroliqanın 1/16 final mərhələsində Danimarka "Kopenhagen"ini 4:1 və 1:0 hesablı qələbələrlə üstələyib. 1/8 finalda rəqib Rusiya "Lokomotiv"i olacaq. Oyunlar martın 8-də və 15-də keçiriləcək.