1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yunis Hüseynov: "İngilis dilində olan "shoot" sözünü bilirəm"
"Kəpəz"in baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının XVIII turunda "Səbail" üzərində evdə 2:1 hesablı qələbə qazandıqları oyundan sonra mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis əvvəlki qarşılaşmanı dəyərləndirib.
- Oyun çox ağır keçdi. Qələbə istəyimiz böyük idi. Qış fasiləsindən sonra xal qazanmamışdıq. Ancaq oyunumuz pis deyildi. Komandamdan razı idim. Ancaq əfsuslar olsun ki, son dəqiqələrdə bir səhvdən qol buraxaraq uduzmuşduq. Ən çətin oyun bugünkü idi. Çünki "Səbail" "Qəbələ"yə qalib gəldiyindən ruh yüksəkiyi vardı. Futbolçular verdiyimiz tapşırıqları yerinə yetirdilər. Sevindirci haldı ki, yaxşı oyunla qalib gəldik. İnanıram ki, bu qələbənin davamı gələcək. "Səbail"i də uğurlar arzlayıram. Çalışacağıq ki, növbəti matçlarda daha yüksək səviyyədə oynayaq.
- İki futbolçunuz - Dedimar Fereyrayla İlkin Sadıqov bu gün zəif oynadılar. Dedimarı fasilədə əvəzləsəniz də, İlkini sonradan dəyişdiyiniz. Ona bu qədər şans verməyə nə lüzum vardı?
- Deməzdim ki, onlar zəif idilır. Dedimarın qolda səhvi vardı. Həm də sərt oynayırdı, sarı vərəqəsi vardı. Qorxdum ki, ikinci "sarı"nı alaraq meydandan çıxarılar. Ona görə fasilədə dəyişdim. İlkindən isə narazı qalmamışdım, meydanda mübarizə aparırdı. Futbolda texniki səhvlər olur. Buna önəm vermirəm. Əsas biz deyən tapşırıqları yerinə yetirməkdi ki, Sadıqov onu edirdi.
- Məşqçilik karyeranızda yubiley - 250-ci oyunu keçirdiniz...
- Açığı, bunu bilmirdim. Xoş sürpriz oldu mənim üçün.
- Bu qələbəni komandanızdan sizə yubiley hədiyyəsi sayırsınız?
- Sağ olun ki, bu yubileyi yadıma saldınız. Sevinirəm ki, komandam məni belə bir matçda ilk qələbəylə sevindirdi.
- İlk hissədə Darioyla söhbələşərək ona nəyisə başa salırdınız. Maraqlıdı, braziliyalı futbolçuyla nə dilində danışırsınız?
- Futbol terminləri eynidi. Darioya başa salırdım ki, qaçırdığı epizodda topu birbaşa qapıya vurmalı idi. Hər halda, ingilis dilində olan "shoot" sözünü bilirəm (gülür).
- Sizcə, Federiko əvvəlki formasını bərpa edib?
- Deməzdim. İstək var, ancaq əvvəlki formasına hələ düşməyib. Ümumiyyətlə, komandam hələ mən istədiyim futbolu oynamır. Yeni komandadı və zaman lazımdı.
- Gürcü futbolçunuz hesabında sarı vərəqə ola-ola çox aqressiv oynayırdı. Az qala 2-cini alaraq meydandan qovulacaqdı...
- Düzdü, o, sərt oynayırdı. Fasilədə nəinki gürcü legionerimizə, bütün futbolçularımıza tapşırmışdım ki, ehtiyatlı oynayın. Giya sərt oynayanda kapitanımız Şəhriyar Rəhimova dedim ki, ona başa sal ki, o dərəcədə sərt oynamasın.
- "Kəpəz" bu il son 10 dəqiqədə qol buraxaraq uduzub. 80-ci dəqiqədən sonra düşündünüz ki, yenidən qol buraxaraq uğursuz nəticəyə imza atacaqsınız?
- Açığı, 80-ci yox, 85-ci dəqiqədə sonra bir az həycanlandım. Çünki Bakıdakı matçlarımızda qolu həmişə o vaxt buraxırdıq. Fikirləşdim ki, yenə həmin şey təkrarlanacaq.
- Buna son qoyduğunuzu demək olar?
- Yəqin ki, son qoyduq. Ancaq bunu zaman göstərəcək.
- Murad Səttarlı niyə hələ də oynamır?
- O, Antalyada çox ciddi almışdı. Buna görə də xeyli müddət hazırlıqdan kənarda qaldı, formadan düşdü. Bu yaxında sağalıb və artıq komandayla məşqlərə başlayıb.
- Müdafiədə dəyişiklik etməyiniz nəylə bağlıdı? Şəhriyar Əliyev sağ cinah müdafəçisi oynayırdı...
- O, futbola məhz bu mövqedə başlayıb, sonra mərkəzdə oynayıb. "Səbail"də ucaboylu, başla yaxşı oynayan futbolçu çox olduğundan müdafiədə taktiki dəyişiklik etdim. Dedimarı dəyişdikdən sonra Şəhriyar mərkəzə qayıtdı. Sizə deyim ki, Əliyev sağda pis oynamadı.(Sport24.az)