1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elnur Çodarov: "Belə məsləhət oldu"
"İki fərqli hissə oldu. İlk hissədə istədiyimiz alınmadı. Hücumlara istədiyimiz qədər çıxa bilmədik. İkinci hissədə dəyişiklik etdik və istədiyimiz hücumlara çıxdıq. Təəssüf ki, lazım olan qolu vura bilmədik. Bu azmış kimi ani diqqətsizlikdən qapımızda qol gördük. Rəqibi təbrik edirəm. Gələcək oyunlara hazırlaşacağıq".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin məşqçisi Elnur Çodarov evdə "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XVIII tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...
- Limit məsələsinə görə qapıçı seçiminizi səhv qərar hesab edirsiniz?
- Xeyr. 3 qapıçımızın hər birinə inanırıq. Fərq etməz. Bu gün belə məsləhət oldu. Ayxan Abbasov başda olmaqla, götür-qoy etdik və Abdulla Seyidəhmədova güvəndik. Oyun göstərdi ki, seçimimiz yanlış deyil.
- Aleksandr Dedovun start heyətdə olmaması nə ilə bağlı idi?
- Bu, sadəcə taktiki gediş idi. Onu meydana sonradan buraxdıq.