1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cavid Hüseynovdan inanılmaz zədə
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk komandanın kapitanı və bu gün 30 yaşı tamamlanan Cavid Hüseynovun Gəncədə "Kəpəz"i 1:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XIX tur matçında meydana çıxmamasının səbəbini açıqlayıb.
Sportnet.az xəbər verir ki, ukraynalı mütəxəssis Hüseynovun ciddi zədə aldığını bildirib. O, təcrübəli yarımmüdafiəçinin ayağına 6 tikişin qoyulduğunu söyləyib: "Həyatda hansı pis anlar baş verirsə, "Qəbələ"nin başına gəldi. Nə vaxtsa bunlar barədə danışacağam. Hazırda isə söhbət konkret olaydan gedir. Cavid iki gün əvvəl tennisbol oynadığımız vaxt zədə alıb. Onun ayağı partlayıb. Nəticədə 6 tikiş qoyulub. Bu, nadir hallarda baş verir. Lakin Cavid məhz indi, belə çətin və bizə lazım olan vaxtda zədələnib".
Qriqorçuk Hüseynovun yoxluğunda səfərdə vacib qələbəyə nail olduqlarını vurğulayıb: "Sevinirəm ki, onun iştirak etmədiyi oyunda çox vacib qələbəyə nail ola bildik. Cavidə tezliklə sağalmasını diləyir və onu 30 yaşı olması münasibətilə təbrik edirəm. Mən və komandam bu qələbə ilə fəxr edirik. Çünki bu, vəziyyətin elə də xoş olmadığı dövrdə qazanıldı. İlk növbədə, özünəinam, xarakter, toparlanma bu gün qazanılmış 3 xaldan önəmlidir".