
Topaz Premyer Liqasının XIX turu çərçivəsində keçirilən "Qarabağ" - "Zirə" oyununda insident baş verib.
Sportnet.az xəbər verir ki, oyuna içkili gələn Ağdam klubunun azarkeşlərindən biri polislərlə mübahisəyə girişib.
Polislər əvvəlcə ona tribunaya keçməyə icazə versələr də, daha sonra stadiondan kənarlaşdırılıb.