Birgünlük istirahətdən sonra "Keşlə" komandası bir araya gələrək "Qəbələ" ilə keçirəcəyi Topaz Premyer Liqasının XIX tur matçının hazırlıqlarına start verib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, dəniz kənarında keçirilən məşq prosesini Müşahidə Şurasının sədri Zaur Axundov da izləyib. O, komanda ilə məşqdən əvvəl söhbət edib. Hazırlıq prosesi "Neftçi"yə 2:3 hesablı məğlubiyyətdən sonra "Ola bilsin, bu, son oyunumdur" deyən baş məşqçi Yuri Maksimovun rəhbərliyi altında baş tutub.
Qeyd edək ki, martın 13-də "İnter Arena"da keçiriləcək "Keşlə" - "Qəbələ" matçı saat 15:30-da başlanacaq.
















































































