"Səbail” komandasının futbolçusu Yevgeni Koçuk Moldova yığmasına çağırılıb.
Sportnet.az-ın klubun rəsmi facebook səhifəsinə istinadən verdiyi məlumata görə, baş məşqçi Aleksandr Spiridon 25 yaşlı hücumçuya dəvət göndərib.
Qeyd edək ki, Moldova yığması martın 27-də Fransanın paytaxtı Parisdə Kot-Divuar millisi ilə yoldaşlıq oyunu keçirəcək.
Xatırladaq ki, "Zirə" klubunun hücumçusu Aleksandr Dedov da Moldova yığmasına çağırılıb.