Futbol üzrə Azərbaycan milli komandasının yeni kapitanı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, baş məşqçi Qurban Qurbanov Belarusla yoldaşlıq görüşündə sarğını qapıçı Kamran Ağayevə həvalə edib.
Qeyd edək ki, millinin əvvəlki kapitanı Rahid Əmirquliyev Belarus və Makedoniya ilə yoldaşlıq oyunları üçün yığmaya dəvət olunmayıb.