"Qəbələ" klubunun kapitanı Cavid Hüseynov zədəsini sağaldıb.
Sportnet.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi bu gün "Keşlə" ilə yoxlama oyununda start heyətdə meydana çıxıb.
Qeyd edək ki, "Keşlə" - "Qəbələ" oyununda hazırda birinci hissə oynanılır və görüşdə hesab açılmayıb - 0:0.
"Qəbələ": Dmitriy Bezotosnıy, İlqar Qurbanov, Voyislav Stankoviç, Vitaliy Vernidub, Təmkin Xəlilzadə, Dion Malon, Cavid Hüseynov (k), Filip Ozobiç, Stiven Monroz, Baqaliy Dabo, Famussa Kone.
"Keşlə": Orxan Sadıqlı, Denis Silva, Adrian Skarlatake, Tərlan Quliyev, Fuad Bayramov, Vaqif Cavadov, Slavik Alxasov, Sezar Meza Kolli, Pərzis Fərcad-Azad, Andre Klennon, Sohna Ebrima