1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Erkən qol buraxsaq da, təslim olmadıq"
"Biz döyüşdük, erkən qol buraxsaq da, təslim olmadıq”.
Sportnet.az-ın məlumatına görə, bunu Makedoniya yığmasının futbolçusu Kire Ristevski Türkiyənin Antalya bölgəsində Azərbaycan millisi ilə 1:1 hesablı heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra derbi.mk saytına açıqlamasında deyib.
Macarıstanın "Vaşaş” klubunda forma geyinən 28 yaşlı müdafiəçi bildirib ki, hesabı bərabərləşdirəndən sonra qol vəziyyətləri yaratmağa müvəffəq olublar: "Heyf ki, növbəti qolu vura bilmədik. Türkiyə toplanışında çox yaxşı şəraitimiz vardı. Yalnız burada keçirdiyimiz iki yoldaşlıq oyunundan heç birində qələbə qazana bilmədiyimiz üçün təəssüflənirik. Hər dəfə 3 müdafiəçi ilə oynayanda, özümü təhlükəsizlikdə hiss edirəm. Fikirləşirəm ki, bir-birimizi yaxşı başa düşürük və bu, nəticə qazandırır”.
Qeyd edək ki, Makedoniya yığması Azərbaycan millisindən öncə Finlandiya ilə qolsuz heç-heçə edib. Qurban Qurbanovun komandası isə Bakıda Belarusa 0:1 hesabı ilə uduzub.