"Qəbələ"nin sabiq futbolçusu Daniel Subotiç yeni klubu müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, Serbiya əsilli isveçrəli hücumçu Qazaxıstanın "Şaxtyor” komandası ilə müqavilə bağlayıb. 29 yaşlı forvardın Karaqanda təmsilçisi ilə müqaviləsinin detalları barədə məlumat verilmir.
Qeyd edək ki, Daniel Subotiç "Qəbələ"də iki dəfə forma geyinib. O, 2013-2014 mövsümündə 29 oyuna 12 qol vurub. Subotiç ötən mövsümün ikinci yarısını da "qırmızı-qaralar"ın heyətində keçirib. Forvard bu dəfə 11 matçda 3 dəfə fərqlənib.