1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
"Qəbələ" penaltilərlə uduzdu
İtaliyada 13 yaşadək futbolçular arasında Qallini Dünya Kubokunda yarımfinal oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, ardıcıl 5 qələbə ilə bu mərhələyə yüksələn "Qəbələ” İngiltərənin "Uimbldon” klubunun müvafiq yaş qrupu üzrə komandası ilə görüşüb. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. "Qırmızı-qaralar”ın qoluna Elmir Hüseynli imza atıb. Finalçının adına penaltilər seriyası aydınlıq gətirib. Zərbələri daha dəqiq yerinə yetirən ingiltərəlilər 5:4 hesablı qələbə qazanıb.
"Qəbələ” bu gün keçiriləcək 3-cü yer uğrunda oyunda Sloveniyanın "Bravo” komandası ilə üz-üzə gələcək. Yarışın qalibi adı uğrunda matçda isə "Uimbldon” və İtaliya "Udineze”si mübarizə aparacaq.