"Qarabağın futbolçusu Yakub Jezniçak zədələnib. Sportnet.az xəbər verir ki, 32 yaşlı müdafiəçi bu barədə şəxsi "İnstagram" hesabından paylaşım edib.
Polşalı futbolçunun zədəsinin ciddi olduğu aşkarlanıb. Klubdan verilən məlumata görə, Jezniçak ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacaq.








































































