1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kintana 100-ü fəth etdi
Topaz Premyer Liqasının XXI turunun "Keşlə” ilə ev oyunu (1:1) "Qarabağ”ın futbolçusu Dani Kintana üçün əlamətdar olub.
Sportnet.az-ın məlumatına görə, ispaniyalı yarımmüdafiəçi Ağdam klubunun heyətində 100-cü matçını keçirib. Yubiley qarşılaşmasının iştirakçısı bu görüşlərdə 26 qol sevinci yaşayıb.
Kintana Azərbaycan çempionatlarında 63 (21 qol), Azərbaycan kubokunda 9 (2 qol), avrokuboklarda 28 (3 qol) dəfə "Qarabağ”ın formasını geyinib. Dani Ağdam klubunun tarixində 100 və daha çox matç keçirən 43-cü futbolçu olub.
Qeyd edək ki, ispaniyalı futbolçu 2015-ci il iyulun 15-də Çempionlar Liqasının "Rudar” (Monteneqro) ilə ev oyununda (0:0) indiki klubunda debüt edib.