1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Pedro Enrike: "Hətta “Qəbələ” də bura gələndə müdafiəyə meyilli çıxış edir" - MÜSAHİBƏ
Topaz Premyer Liqasının XXII turunda doğma meydanda "Səbail"i 1:0 hesabı ilə məğlub edən "Qarabağ"ın futbolçusu Pedro Enrike oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə, o, öncə oyun haqqqında danışıb:
- Növbəti çətin matçımızı keçirdik. Rəqib yaxşı müdafiə olundu və işimizi çətinə saldı. Ancaq qələbə qazana bildik. Tiyul uğrunda mübarizəmizi davam etdiririk.
- Son oyunlarda "Qarabağ” az qol vurur. Bunun səbəbi nədir?
- Bir az şansla da əlaqələndirərdim. Həm də bura gələn komandalar qapalı oynayırlar. Hətta "Qəbələ” də bura gələndə müdafiəyə meyilli çıxış edir. Ancaq istənilən hesablı qələbə sənə 3 xal qazandırır. Ümid edirəm ki, növbəti oyunlarda bunu aradan qaldıracağıq.
- Artıq xal fərqi 10-dur. "Qəbələ”nin sizə çatacağı da inandırıcı görünmür. Özünüzü çempion kimi hiss edirsiz? Oyunlara necə motivasiya ola bilirsiz?
- Biz futbolçular və məşqçilər öz aramızda danışmışıq ki, başqa oyunların nəticələrinə önəm verməyək. Sadəcə, çalışırıq ki, öz oyunumuza köklənə bilək. Heç bir komanda səni rahatlaşmağa imkan vermir.
- Bu gün "Qarabağ”ın Azərbaycanda rəqibi yoxdur. Bu, avrokuboklarda sizə necə təsir edəcək?
- Əvvəlki illərdə necə olduğunu bilmirəm. Ancaq son 6-7 ayda qazandığım təcrübəyə əsasən deyə bilərəm ki, biz həm Çempionlar Liqasında, həm də ölkə çempionatında fərqli heyətlərlə çıxış etdik. Çempionatın ilk yarısında rəqiblərimiz bizə qarşı açıq oynayırdılar. Belə olan halda hücum şanslarımız çox olurdu. ÇL-də ilk oyunu "Çelsi”yə qarşı keçirdik. Həmin oyunumuz alınmasa da, növbəti matçlarda yaxşı çıxış etdik. Əvvəlki illərdə burda olmamışam. İlk 6-7 aydakı təcrübəm deyir ki, çətin olmayacaq.
- Mövsüm artıq başa çatır. Yunanıstan mətbuatı iddia edir ki, PAOK sənin keçidin üçün "Qarabağ”dan 5 milyon avro tələb edib...
- Həm mən, həm də agentim qərara almışıq ki, bu barədə danışmayaq. Klublar öz aralarında necə razılaşsa, elə də olacaq. Düşünürəm ki, oyunlar gərgin keçir. Bu səbəbdən matçlara köklənməliyəm.
- Sən "Qarabağ” rəsmisi olsan, Pedronun keçidi üçün 5 milyon avro ödəyərdin? Bu məbləğ Azərbaycan futbolu üçün astronomik rəqəmdir...
- Pulum olsaydı, verərdim.