
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası Slovakiyada 2000-ci il təvəllüdlü futbolçulardan ibarət yığmalar arasında beynəlxalq turnirə qatılacaq. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, mayın 7-də start götürəcək "Slovakia Cup 2018”ə 8 komanda qatılacaq.
Yarışda Slovakiya, Uels, Macarıstan, ABŞ, Çexiya, Ukrayna və Qazaxıstan yığmaları da mübarizə aparacaq. Azərbaycan millisi meydan sahibləri, Uels və Macarıstanla birgə A qrupunda yer alıb. B qrupunda isə ABŞ, Çexiya, Ukrayna və Qazaxıstan qərarlaşıb.
Azərbaycan millisinin görüşlərinin təqvimi:
7 may, saat 14:00
Azərbaycan – Macarıstan
8 may, saat 14:00
Azərbaycan – Uels
10 may, saat 14:00
Slovakiya – Azərbaycan
Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.