Unay Emeri cari mövsümün sonunda Fransanın PSJ futbol klubunun baş məşqçi postunu tərk edəcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə ispaniyalı mütəxəssisin özü keçirdiyi mətbuat konfransında açıqlama verib. O, klub rəhbərliyinə, azarkeşlərə və bütün futbolçulara təşəkkürünü bildirib.
Qeyd edək ki, Unay Emeri PSJ-yə 2016-cı ildə baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında paytaxt komandası cari mövsüm Fransa çempionluğu, habelə ölkə Kuboku və Liqa Kuboku, 2 dəfə ölkə Super Kubokunu qazanıb.