Topaz Premyer Liqasının XXV turunda səfərdə "Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edən "Səbail”in baş məşqçisi Samir Əliyev oyundan sonra mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə, o, öncə oyun haqqında danışıb:
- 7 oyundu qalib gəlmirdik. Qələbə vacib idi. Baxmayaraq ki, "Sumqayıt”a 3 xal daha vacib idi. Məncə ilk hissə daha yaxşı oynadıq. İkinci hissədə rəqibin təzyiqinə görə bir qədər zəif oynadıq, amma nəticəni qoruyub saxlaya bildik.
- Oyundan öncə qələbəni gözləyirdinizmi?
- Biz hər oyuna qələbə əzmi ilə çıxırıq. Ən azından məqsəd məğlub olmamaq idi.
- Elxan Əhmədovun bugünkü oyunda səhvləri haqqında nə deyə bilərsiniz?
- Elxan pis qapıçı deyil, istedaı var. Ona daha çox şans vermək lazımdır. Bu gün də ona təzyiq çox oldu. Səhv etməyi normaldı. Belə oynaması normal idi.
- Sizcə, nəticə oyuna görə oldu?
- Əsas qələbədi. "Sumqayıt”ın qol olmamışdan qabaq imkanları var idi. İstifadə edə bilmədilər, ancaq biz qalib gəldik.
- Sizcə, müdafiə xətti bundan sonraki oyunlarda daha diqqətli olmalıdır?
- Bu futboldu, hər şey ola bilər. İkinci hissədə əks-hücumlarımız təhlükəli olurdu. Bəzi epizpodlarda bir ötürməmiz çatmırdı. "Səbail” bugün hələ ilk addımlarını atıb. Bizə də vaxt lazımdı. Püxtələşmək üçün illər lazımdı. Mən yerimi qorumaq üçün vaxt demirəm ki, mənə bu qədər müddət lazımdı.
- "Kəpəz”in birinci diviziona getməsi haqqında nə deyə bilərsiniz?
- Mən deməklə nəsə düzələcəksə, deyim. Hamı istəyir bölgələrdə komanda çoxalsın. Biz öz oyunumuzu oynayırıq. Kim düşəcək, kim qalacaq, neçə komanda olacaq? Bu suallara mən cavab verə bilmərəm. Mən mütəxəssis deyiləm, yeni-yeni başlayıram.