1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Avropa Liqası: Hər iki finalçı məlum oldu - YENİLƏNDİ
Futbol üzrə Avropa Liqasının final matçında İspaniya "Atletiko"sunun rəqibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu, Fransanın "Marsel" klubudur.
"Marsel" yarımfinalda Avstriya "Zaltsburq"unu iki oyunun yekununda mübarizədən kənarlaşdırıb. Öz meydanında 2:0 hesabı ilə qələbə qazanan Fransa təmsilçisi səfər matçının əsas vaxtında eyni hesabla uduzub. Nəticədə əlavə vaxt təyin olunub. Bu zaman "Marsel"in futbolçusu Rolando fərqi azaldıb. Nəticədə "Marsel" səfərdə 1:2 hesabı ilə uduzmasına baxmayaraq, ümumi nəticədə 3:2 hesablı üstünlüklə mərhələ adlayıb.
Daha əvvəl "Atletiko" İngiltərə "Arsenal"ını iki oyunun yekununda mübarizədən kənarlaşdırıb - 1:1, 1:0.
Qeyd edək ki, final oyunu mayın 16-da Fransanın Lion şəhərindəki eyniadlı stadionda keçiriləcək.
------------------------------------------
Futbol üzrə Avropa Liqasında ilk finalçı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu, İspaniyanın "Atletiko" klubudur. Madrid komandası yarımfinal mərhələsində İngiltərə "Arsenal"ını mübarizədən kənarlaşdırıb. Səfər qarşılaşmasında 1:1 hesablı heç-heçəyə nail olan İspaniya təmsilçisi evdə qələbə qazanıb - 1:0. Yeganə qolu ilk yarının uzatma dəqiqələrində Dieqo Kosta vurub.
Cavab görüşündə "Atletiko"nun baş məşqçisi Dieqo Simeone cəza üzündən texniki zonada yox, tribunada yer alıb. "Arsenal" isə mövsümün sonunda komandadan ayrılacaq baş məşqçi Arsen Vengerin rəhbərliyi altında avrokuboklarda son matçını keçirib.
Qeyd edək ki, "Atletiko"nun finaldakı rəqibi hazırda davam edən "Zaltsburq" (Avstriya) - "Marsel" (Fransa) görüşünün yekununa əsasən müəyyənləşəcək. "Zaltsburq" səfərdəki 0:2 hesablı məğlubiyyətin qarşılığında evdə 2 cavabsız qol vurmağa müvəffəq olduğundan, matç əlavə vaxta uzanıb.
----------------------------------------------
Bu gün futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək.
Sporrtnet.az-ın məlumatına görə, oyunların biri İspaniyada, digəri isə Avstriyada baş tutacaq.
"Atletiko Madrid” doğma azarkeşlər önündə İngiltərə "Arsenal”ı ilə üz-üzə gələcək. İki komanda arasındakı ilk görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Cavab oyunu London təmsilçisinin baş məşqçisi Arsen Venger üçün də əlamətdar olacaq. 69 yaşlı mütəxəssis UEFA-nın təşkil etdiyi turnirlərdə baş məşqçi kimi 250-ci matçına çıxacaq. Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone isə texniki zonadan yer almayacaq. Səbəb argentinalı mütəxəssisin ilk görüşdə hakimin qərarına etiraz etdiyi üçün tribunaya göndərilməsidir. Komandaya meydanda tapşırıqları onun köməkçisi German Burqos çatdıracaq. İlk görüşdə qırmızı vərəqə almış Şime Vrsalko da bugünkü matçı buraxacaq.
"Atletiko"ya cavab görüşündə qolsuz heç-heçə də kifayət edəcək. Madridlilər Avropa Liqasında doğma meydanda keçirdiyi son 4 oyunda qələbə qazanıb.
Digər qarşılaşmada isə "Zaltsburq” Fransa "Marsel”ini qəbul edəcək. Fransadakı ilk oyunda "Marsel” rəqibini 2:0 hesabı ilə üstələyib. "Zaltsburq” Avropa Liqasında son 10 ev matçında məğlub olmayıb. Komanda, həmçinin, 38 oyundur doğma meydanda uduzmur.
Avropa Liqası
Yarımfinal, cavab oyunları
3 may
23:05. "Atletiko” (İspaniya) – "Arsenal” (İngiltərə) - 1:0
Qol: Dieqo Kosta, 45+2
Baş hakim: Canluka Rokki (İtaliya)
İlk oyun - 1:1
23:05. "Zaltsburq” (Avstriya) – "Marsel” (Fransa) - 2:1 (ƏLAVƏ VAXT - 0:1)
Qollar: Amadu Haydara, 53. Buna Sarr, 65-öz qapısına - Rolando, 116
Qırmızı vərəqə: Amadu Haydara, 119 ("Zaltsburq")
Baş hakim: Sergey Karasyov (Rusiya)
İlk oyun - 0:2