1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bonilyanın keçmiş baş məşqçisinə danışılmış oyun cəzası
FIFA Salvador milli komandasının sabiq baş məşqçisi Ramon Maradiaqanı 2 il müddətinə diskvalifikasiya edib.
Sportnet.az xəbər verir ki, cəzaya 64 yaşlı mütəxəssisin danışılmış oyunun təşkili cəhdində əlinin olmasına dair gümanlar səbəb olub. Ali futbol qurumu yığma oyunçuları ilə üçüncü tərəf arasında 2016-cı ilin sentyabrında keçirilmiş görüş barədə Maradiaqa tərəfindən məlumatlandırılmadığını bəyan edib. Halbuki, həmin görüşdə futbolçulara Kanada ilə DÇ-2018-in seçmə qrup matçının nəticəsinə təsir etmələri qarşılığında pul mükafatı vəd olunub.
Həmin qarşılaşmadan əvvəl mətbuat konfransında Salvador yığmasının kapitanı və "Zirə"nin sabiq hücumçusu Nelson Bonilya bildirib ki, yerli biznesmen oyunçulara yaxınlaşaraq, lazımi nəticə qarşılığında mükafat vəd edib. Futbolçular təklifi rədd ediblər.
Maradiaqanı korrupsiyaya münasibətdə FİFA etika qaydalarını və informasiyanın açılması öhdəliklərini pozmaqdan günahkar biliblər. O, 20 min dollar cərimə də olunub.