Slovakiyada 2000-ci il təvəllüdlü futbolçular arasında təşkil edilən beynəlxalq turnirdə ikinci turun oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, Uelsli həmyaşıdları ilə qarşılaşan Azərbaycan millisi 3:0 hesablı qələbə qazanıb. Yığmanın qollarını Tural Bayramov, Emil Qasımov və Elnur İbrahimov vurub.
Qeyd edək ki, Azərbaycan milli komandası qrupda son oyununu mayın 10-da Slovakiyaya qarşı keçirəcək.