
Topaz Premyer Liqasının XXVII turu çərçivəsində keçirilən "Neftçi" - "Səbail" oyununda insident baş verib.
Sportnet.az xəbər verir ki, referi Rauf Cabbarov matçın 42-ci dəqiqəsində hakimlərin qərarlarına narazılığını bildirən "Səbail"in baş məşqçisi Samir Əliyevi texniki zonadan uzaqlaşdırıb. Lakin 39 yaşlı mütəxəssis baş hakimin göstərişinə əməl etməyərək, məşqçi skamiyasına dönüb.
Qeyd edək ki, "Neftçi" 2:0 hesabı ilə öndədir.