"Neftçi”nin futbolçusu Kirilo Petrov Topaz Premyer Liqasının XXVII turunda "Səbail”i 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə, ukraynalı müdafiəçisi öncə oyun barədə danışıb:
- 90 dəqiqə ərzində matça hakim olmaq istəsək də, bəzi məqamlar da boşluqlar verdik. Amma bunları gözləyirdik, müdafiədə və əks-hücumda yaxşı oynayaraq layiq olduğumuz qələbəni qazandıq.
- Artıq bürünc medalları qazandığınızı demək olarmı?
- Hələ son tur qalıb, nəsə demək olmaz.
- Nəzərə alsaq ki, son turda motivasiyasız "Kəpəz”lə oynayacaqsınız...
- Bu, futboldur. Son ana kimi diqqətlə oynamaq, lazım olan nəticəni qazanmaq üçün çalışmaq lazımdır.
- Sizinlə paralell matçda "Qəbələ” də qalib gəlirdi, oyunun gedişində bu, sizə əlavə motivasiya verdimi?
- Xəbərimiz yox idi, hətta fasilədə də kimsə bizə hesabı demədi. Öz oyunumuzu göstərdik.
- "Neftçi”dəki gələcəyin haqqında nə deyə bilərsən?
- Hələ ki, nəsə deyə bilmərəm. Danışıqlar davam edir.
- Belə məlumat yayılmışdı ki, daha aşağı miqdarda əmək haqqı ilə yeni müqavilə təklif edilib...
- Bu barədə nəsə desəm, düz olmaz. Hələ ki, danışırıq.
- Ukrayna mətbuatı iddia edir ki, bir neçə ölkədən, o cümlədən, İsrail, Türkiyədən real təkliflər var...
- Bir neçə təklif var, amma əsasən "Neftçi” variantı üzərində düşünürəm. Görək necə olacaq...
- Yəni şərtlərdə razılaşsanız, burda qalmaqda maraqlısınız?
- Əlbəttə, burada məni hər şey qane edir. Üstəlik, komanda Avroliqaya vəsiqə qazansa, qalmağın əleyhinə deyiləm.
- "Qarabağ”la oyundan sonra paltardəyişmə otağında klub prezidenti ilə olan hadisə haqqında yazılanlara nə deyə bilərsiniz?
- Belə şey olmayıb.
- Belə şey olmayıb.
- Bəs nə baş vermişdi?
- Mənə orda nə yazıldığını tərcümə etdilər, gülməli gəldi. Belə şey baş verməyib.
- Kamran Quliyevlə aranız necədi?
- Qaydasındadır. Bütün komanda ilə normal münasibəti var. O bizimlə həm məşqdə, həm də oyundan sonra yaxşı davranır.